Azerbaijani-American IT & AI Professionals Forum 2026
Azerbaijani-American IT & AI Professionals Forum 2026

🇦🇿🇺🇸 Stenford Universitetində Azərbaycan-Amerika İT və Süni İntellekt Mütəxəssisləri Forumu 2026!

14 noyabr 2026-cı ildə ilk Azərbaycan-Amerika İT və AI Professionals Forum (Süni İntellekt Mütəxəssisləri Forumu) Kaliforniyadakı Stenford Universitetində azərbaycanlı texnologiya mütəxəssislərini, süni intellekt üzrə tədqiqatçıları, sahibkarları, novatorları və sahə liderlərini bir araya gətirir.
Forum, Stenford Azərbaycanlı Tələbələr Assosiasiyası tərəfindən, Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyəti və Azərbaycan-Amerika Təşkilatları Alyansının (AAAO) dəstəyi ilə təşkil olunur.
🎤 Əsas çıxışçılar sırasına daxildir:
🇦🇿 Vüqar Qurbanov – Azərbaycan Respublikasının Los-Ancelesdəki Baş konsulu.
🇦🇿 Elşad Əliyev – Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini.
🇺🇸 Dr. Adika İqbal – Azərbaycan-Amerika Təşkilatları Alyansının (AAAO) vitse-prezidenti.
🎯 Forumun məqsədi dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən azərbaycanlı İT və süni intellekt (AI) mütəxəssislərini bir araya gətirmək, innovasiya və sahibkarlığı təşviq etmək, mentorluq və bilik mübadiləsini dəstəkləmək, yeni texnologiya liderlərinin inkişafına töhfə vermək, həmçinin Azərbaycan və ABŞ arasında təhsil, elm və biznes sahələrində əməkdaşlığı gücləndirməkdir.
Müzakirələr, əlaqələrin qurulması (networking) və peşəkar əməkdaşlıq vasitəsilə bu mühüm təşəbbüs Azərbaycan diasporu ilə qlobal texnologiya icması arasında daha möhkəm əlaqələrin yaranmasına xidmət edir.
ABŞ-ın Orta Qərb bölgəsindəki Azərbaycan Mərkəzi (ACMA) təşkilatçıları və dəstəkçi qurumları bu əhəmiyyətli təşəbbüs münasibətilə təbrik edir; həmçinin azərbaycanlı mütəxəssislərin potensialını gücləndirən və gələcək nəsillər üçün yeni imkanlar yaradan bu cür səyləri alqışlayır.
🇦🇿🤝🇺🇸 Texnologiya, təhsil, innovasiya və əməkdaşlıq vasitəsilə körpülər qururuq!