AzVision.az xəbər verir ki, Azərbaycan tarixinin ən faciəli səhifələrindən biri olan Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş tədbir ABŞ-ın əsas siyasi və mədəni mərkəzi olan Çikaqoda keçirilib.

Tədbir Amerika’nın Midvest Region Azərbaycan Mərkəzi tərəfindən Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı Səfirliyinin dəstəyi ilə İllinoys Holokost Muzeyi və Təhsil Mərkəzində təşkil edilib.

Tədbir çərçivəsində “Xocalı faciəsi – qanlı yaddaş və xatirələr” mövzusunda foto sərgisi və seminar təşkil edilib.

Tədbirdə Amerika’nın Midvest Region Azərbaycan Mərkəzinin (ACMA) rəhbəri Fərid Məmmədov və ACMA İdarə Heyətinin sədri Mehriban Məmmədova, Türkiyənin Çikaqodakı Baş Konsulu Ayşə Selcan Sanlı, Azərbaycanın ABŞ-dakı Səfirliyinin əməkdaşı Şəlalə Vəliyeva, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Lalə İsmayılova, ABŞ Konqresmeni Mayk Quiqlinin nümayəndəsi Cenni Herman, Mərkəzi Asiya Effektivliyi Araşdırma Mərkəzinin rəhbəri Professor Harri Lepinski, Şimal-Şərqi İllinoys Universitetində soyqırım və müharibə fəlakətləri üzrə professor Jenin Ntihirageza, İllinoys Holokost və Soyqırım Komissiyasının İdarə Heyətinin üzvü Professor Mariya Korkaç-Qroşko, Ukraynadakı Amerika Konqresinin İdarə Heyətinin sədri Roman Yatskovski və Çikaqodakı Amerika Yəhudi icmasının nümayəndəsi Feni Sempson-Koen, həmçinin xüsusi qonaq kimi Holokostun şahidi Canin Oberrotman və digərləri iştirak ediblər.

Tədbirdə çıxış edən Amerika’nın Midvest Region Azərbaycan Mərkəzinin prezidenti Fərid Məmmədov tədbirin gündəliyi və Xocalı faciəsi haqqında məlumat verib.

1992-ci il fevralın 25-26-da Azərbaycanın Dağlıq Qarabağ regionunun ikinci ən böyük şəhəri olan Xocalı şəhəri erməni silahlı qüvvələri tərəfindən artıq işğal edilmiş Xankəndi və Əsgəran şəhərlərindən güclü atəşə məruz qaldı.

Keçmiş Sovet 366-cı alayının dəstəyi ilə erməni silahlı qüvvələri 1992-ci il fevralın 26-da Xocalı şəhərini ağır artilleriya atəşi ilə işğal edib dağıtdılar.

Qətliam zamanı 613 mülki şəxs, əsasən qadınlar və uşaqlar öldürüldü, ümumilikdə isə 1000 nəfər əlil oldu. 8 ailə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə bir valideynini itirdi.

Bundan əlavə, 1275 məsum insan girov götürüldü və onlardan 150-nin taleyi hələ də məlum deyil. Mülki şəxslər yaxın məsafədən güllələndi, dəriləri soyuldu və canlı halda yandırıldı. Bəzilərinin gözləri oyuldu, digərləri isə başı kəsildi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Fill out this field
Fill out this field
Lütfən keçərli bir e-poşt ünvanı daxil edin.