
Vaşinqton, 2 iyul, AZƏRTAC
Çikaqoda Azərbaycanın istedadlı gəncləri Amerika Birləşmiş Ştatlarının Müstəqillik Gününə həsr olunmuş klassik musiqi axşamı təşkil etdi.
Amerikanın Midvest Region Azərbaycan Mərkəzi tərəfindən təşkil edilən tədbir Çikaqoda Türk-Amerika Mədəniyyət İttifaqının (TACA) binasında keçirildi.
Gənc istedadların müəllimi Gülçöhrə Əliyeva qısa müddət ərzində əldə etdikləri musiqi uğurlarını və ifa proqramlarını vurğuladı. Gənc Azərbaycan icmasının üzvləri Maykl Nağı (fortepiano), Rassel Nağı (fortepiano), Nazrin Məmmədova (fortepiano), Ayxan Əzimov (fortepiano), Məryəm Əzizova (fortepiano), Leyya Zərinəbaf (fortepiano), Araz Zərinəbaf (ud, gitara və fortepiano) və Sabir Əliyev (saksofon) klassik musiqinin əsərlərini ifa etdilər.
İcmanın aparıcı üzvlərindən biri olan Teymur Mehmandarov gənc musiqiçilərə uğurlar arzuladı.
Yusif Babamlı,
Xüsusi müxbir