ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərinin meri Lori Laytfut 28 May 2021-ci ilin Çikaqoda Azərbaycan Respublika Günü elan edilməsi barədə proklamasiya imzalayıb.
Proklamasiyada deyilir:
“Çikaqo şəhəri qurulduğu gündən bəri dünyanın hər yerindən gələn, fərqli mədəni irsə malik olan müxtəlif insanların yaşadığı bir şəhər olmuşdur və
Çikaqo incəsənət, musiqi, biznes və maliyyə, hüquq və hökumət, təhsil və sosial xidmət, elm və tibb sahələrində şəhəri inkişaf etdirən canlı və fəal Azərbaycanlı Amerika icmasına ev sahibliyi edir; və
Amerikanın Midvest Region Azərbaycan Mərkəzi (ACMA) Çikaqo və Azərbaycan arasında mədəni anlaşmanın təşviqi üçün çalışır; və
Çikaqoda yaşayan Azərbaycanlı Amerikalılar uzun illərdir şəhərimizin tarixi məhəllələrini möhkəmləndirmək və hamı üçün daha yaxşı bir şəhər və cəmiyyət yaratmaq uğrunda fəal şəkildə çalışaraq Çikaqolularla birgə fəaliyyət göstərirlər; və
28 May 2021-ci ildə Azərbaycanlı Amerikalılar 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının qurulmasının xatirəsini qeyd edərək Azərbaycan Respublika Gününü qeyd edəcəklər;
Buna görə də mən, Lori E. Laytfut, Çikaqo şəhərinin meri, 28 May 2021-ci ili Çikaqoda Azərbaycan Respublika Günü elan edirəm və bütün sakinləri Azərbaycanlı Amerikalıların şəhərimizə verdiyi töhfələri qeyd etməyə dəvət edirəm”.