🇺🇲🇦🇿✨ 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İliniz mübarək!✨🎆🇦🇿🇺🇲
Azerbaijan Center of Midwest America (ACMA) olaraq, ABŞ-ın Orta Qərb ştatlarında və dünyanın müxtəlif ölkələrində yaşayan bütün həmvətənlərimizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni İl münasibətilə səmimi qəlbdən təbrik edirik.
Bu əlamətdar gün milli birliyimizin, ortaq dəyərlərimizin və azərbaycanlı kimliyimizin gücünü bir daha nümayiş etdirir. Harada yaşamağımızdan asılı olmayaraq, bizi birləşdirən Vətən sevgisi, dilimiz və mədəniyyətimizdir.
Yeni ilin hər birinizə sağlamlıq, sülh, rifah, ailə səadəti və yeni uğurlar gətirməsini arzulayırıq. Qoy həmrəyliyimiz yeni ildə daha da möhkəmlənsin!
Hörmətlə,
Azerbaijan Center of Midwest America (ACMA)
#31Dekabr #HəmrəylikGünü #Yeniİl #ACMA #AzərbaycanDiasporu #OrtaQərb #Birlik

